» » “Ermənistan imitasiya ilə məşğul olacaqsa, cəbhədə gərginlik, hərbi təzyiq artacaq”

“Ermənistan imitasiya ilə məşğul olacaqsa, cəbhədə gərginlik, hərbi təzyiq artacaq”

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
“Ermənistan imitasiya ilə məşğul olacaqsa, cəbhədə gərginlik, hərbi təzyiq artacaq”
Oktyabrın 16-da Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Kiritk görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar. Bəyanat qeyd olunub ki, görüş konstruktiv keçib. Bildirilib ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Modern.az-a açıqlamasında prezidentlərin görüşünü şərh edib.

Deputat bildirib ki, danışıqlardan heç bir nəticə hasil olmayıb.

“Nəticə odur ki, tərəflər cəbhə xəttində müəyyən sakitliyi təmin etməklə yanaşı, xarici işlər nazirlərinin dialoqu davam etdirməyini razılaşdırıblar. Ancaq, mahiyyətcə heç bir nəticə yoxdur”.

R.Musabəyov qeyd edib ki, Ermənistan münaqişənin həllini süni yolla uzatmaqla, imitasiya ilə məşğul olduğu halda onlara heç nə kömək etməyəcək.

“Bu hal baş verdiyi təqdirdə cəbhədə gərginlik, hərbi təzyiq olacaq. Ermənistan tərəfi deyirdi ki, cəbhə xəttində atəşkəs əldə olunsun, gərginlik azalsın, monitirinqlər aparılsın. Biz isə mahiyyət üzrə danışıqların aparılmasını istəyirik. Görüşdə tərəflərin heç bir xarici müdaxilə olmadan sabitliyi qoruyub saxlamağa səylər göstərəcəkləri müzakirə edildi ki, danışıqlar üçün əlverişli mühit olsun. Gərginliyin azaldılmasına dair razılaşma Ermənistanın özünü necə aparmasından asılı olacaq. Biz görsək ki, ermənilər, onları himayə edən qüvvələr işğala son qoyulmasının vacibliyini anlayırlar, o zaman bu danışıqların əhəmiyyəti olacaq, cəbhədə sabitlik də qorunub saxlanılacaq. Mahiyyət üzrə danışıqların başlanılıb-başlanılmayacağı isə sonranın işidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler