» » ATƏT Əliyev-Sarkisyan görüşü ilə bağlı bəyanat yaydı

ATƏT Əliyev-Sarkisyan görüşü ilə bağlı bəyanat yaydı

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
ATƏT Əliyev-Sarkisyan görüşü ilə bağlı bəyanat yaydı
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşünü diqqətllə izləyib.

“Xalqinfo”nun APA-ya istinadən xəbərinə görə, bu barədə ATƏT-in rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir.

“Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler