» » Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar

Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar
Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 14-də İçərişəhərlə tanış olublar.

"Xalqinfo" AzərTac-a istinadən xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov ali qonağa əvvəlcə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Bolqarıstan Prezidentində böyük maraq doğurub.

Gəzinti zamanı ali qonağa və nümayəndə heyətinin üzvlərinə YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə də məlumat verilib.

Prezident Rumen Radev Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində – “İncəsənət bağı”ndakı sənət nümunələrinə baxıb.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Prezident və xanımı isti təndir çörəyinə qonaq olublar.

Bolqarıstan Prezidenti Rumen Radev tanınmış rəssam Əli Şəmsinin emalatxanasında oldu, burada ona rəsm əsəri hədiyyə edilib.

Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə də tanış olublar.

Bolqarıstan dövlətinin başçısı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar
Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar
Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar
Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar
Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar
Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar
Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar
Bolqar prezidentlə xanımı İçərişəhərdə - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler