» » Girovlar kişi kimi davrandı-

Girovlar kişi kimi davrandı- deputat

Bölmə: BLOK XƏBƏR
Girovlar kişi kimi davrandı-
“Ötən gün Dağlıq Qarabağdakı separtçı rejimdə azərbaycanlı girovların qondarma məhkəməsi teatr səhnəsini xatırladırdı”.

Bunu Milli Məclisin bu günkü iclasında deputat Aydın Mirzəzadə deyib. O qeyd edib ki, hər hansı bir ölkədə guya insan haqlarının pozulması ilə bağlı tez-tez bəyanatlar verən Qərb dairələri azərbaycanlı girovlarla bağlı bəyanat vermirlər. Onun sözlərinə görə artıq Ermənistan mətbuatı öz təbliğatını quraraq Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yalan məlumatlar yayırlar. “Amma nədənsə, Qərb təsisatları girovların taleyini düşünmür. Azərbaycan mətbuatında girovlarımızla bağlı yayılan məlumatlara diqqət yetirdikdə görürük ki, onlar qondarma Dağlıq Qarabağ respublikasını tanımayıblar.

Millət vəkili həmçinin təhsillə bağlı danışıb. O, bildirib ki, təhsil nazirliyi Qarabağ ərazisinin ayrıca tədrisi ilə bağlı işlər görür. Amma mənim fikrimcə Qarabağı təkcə subyekt kimi təqdim etmək, tanıtmaq düzgün deyil. Yaxşı olar ki, bütöv Azərbaycan və türkçülük təbliğ edilsin.

Bir də onu bildirim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ifadəsi mətbuatda yazılır və bu ifadə düzgün deyil. Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün münaqişə Ermənistan-Azərbaycan münaqişəsi kimi təqdim olunmalıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler