Putin düz deyir- Qorbaçov

Bölmə: BLOK XƏBƏR
Putin düz deyir-
SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov Rusiya prezidenti Vladimir Putinin Soçidə "Valday" müzakirə klubunun iştirakçıları qarşısında çıxışına münasibət bildirib.

ans press-in məlumatına görə, Qorbaçov deyib ki, Putinin həmin çıxışı onun prezidentliyi dövründə ən təsirli və güclü çıxışlarından biridir.

"Əla çıxış idi. Hesab edirəm ki, Putinin belə çıxışı olmamışdı. Onun belə sərt çıxşını bu gün dünyadakı baş verən proseslər tələb edir. Putin hamısını düz dedi. Əsas odur ki, onun fikirləri ilə tamamilə razıyam", deyə Qrobaçov bildirib.

Qeyd edək ki, Oktyabrın 24-də Vladimir Putin Soçidə "Valday" müzakirə klubunun iştirakçıları qarşısında çıxışı zamanı ABŞ və Qərbin siyasətini sərt tənqid etmişdi. O. bu gün dünyada hökm sürən qlobal problemlərin yaranmasında ABŞ və Qərb ölkələrini ittiham etmişdi. Putin hətta bildirmişdi ki, dünyadakı bir sıra terror təşkilatlarını ABŞ yaradır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler