» » AzTV sədrinin maşını cərimə meydançasına aparılıb? - 99-AA-400

AzTV sədrinin maşını cərimə meydançasına aparılıb? - 99-AA-400

Bölmə: BLOK XƏBƏR, MANŞET
AzTV sədrinin maşını cərimə meydançasına aparılıb? - 99-AA-400

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.
Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.

***

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında məsələyə belə münasibət bildirib:

"Biz fiziki şəxslər və rəsmi qurumların avtomobilləri ilə bağlı məlumat vermirik".

Əldə etdiyimiz məlumata görə sözügedən avtomobilin yığılmış cərimələri AzTV rəhbərliyi tərəfindən dərhal ödənilib.

***

AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova “Qafqazinfo”ya sədrin maşının cərimə meydançasına aparılması ilə bağlı açıqlama verib O qeyd edib ki, AzTV sədrinin maşını cərimə meydançasına aparılmayıb: “Bu növbəti dezinformasiyadır”.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DİN-nin rəhbərliyi tərəfindən ciddi şəkildə göstəriş verilib ki, kimliyindən və hansı vəzifəni tutmasından asılı olmayaraq böyük məbləğdə ödənməmiş cərimələri olan avtomobillər məcburi olaraq cərimə meydançasına aparılır. Hazırda isə bununla bağlı Bakı şəhərində xüsusi reydlər keçirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler