» » Erməni deputatlar Bakıda - İçki məclisindən foto paylaşdılar

Erməni deputatlar Bakıda - İçki məclisindən foto paylaşdılar

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Erməni deputatlar Bakıda - İçki məclisindən foto paylaşdılar
Xəbər verdiyimiz kimi, bu gün Bakıda baş tutacaq “Avronest” Parlament Assambleyasının iclasında Ermənistandan nümayəndə heyəti də iştirak edəcək. Toplantıda Ermənistanı bu ölkənin “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək.

“Xalqinfo” xəbər verir ki, hər iki erməni deputat artıq Azərbaycana gəlib. Onlar Bakıda içki içərkən çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Armen Aşotyan erməni KİV-nə açıqlamasında bildirib ki, Bakıya səfərlə bağlı hər hansı psixoloji problemləri yoxdur: “Bizə Azərbaycan Milli Məclisi tərəfindən təhlükəsizlik zəmanəti verilib. Otellə bağlı problem var idi, lakin həll olunub”.

Sessiya qadın sağlamlığı və gender bərabərliyinə həsr olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler