» » İrəvanda qadınlar və uşaqlar həbs edilir

İrəvanda qadınlar və uşaqlar həbs edilir

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
İrəvanda qadınlar və uşaqlar həbs edilir
Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda Respublika meydanının yaxınlığında siyasi məhbus Karo Yeğnukyanın həyat yoldaşı və uşaqları - Hakop, Sime, Elmon Yeğnukyan polis tərəfindən həbs olunub.

Xalqinfo.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Erməni Qadınları Cəbhəsi” məlumat yayıb.

Məlumatda bildirilir ki, polis siyasi məhbusun ailəsinin yanında olan “Erməni Qadınları Cəbhəsi”nin üzvləri Ruzanna Yeğnukyan, Ağavni Sahakyan və Qeğetsik Tonoyanı da saxlayıb. Onlar Kentron inzibati rayon polis idarəsinə aparılıblar.

Məlumata görə, onlar 6-cı Ermənistan-Diaspora Forumunun işirakçıları arasında Jirayr Sefilyan və Karo Yeğnukyan haqqında broşuralar paylayarkən tutulublar.

Xatırladaq ki, dünən Karen Dəmirçyan adına Yerevan İdman-konsert kompleksində 6-cı Ermənistan–Diaspora Forumu açılıb.

Forumda dünyanın 70 ölkəsindən 1500 insan, Ermənistan hakimiyyətinin nümayəndələri və ruhanilər iştirak edir. Forum 20 sentyabra qədər davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler