» » Rusiya Telman İsmayılovu tam bitirir- dəniz dibində axtarılan sərvətləri...

Rusiya Telman İsmayılovu tam bitirir- dəniz dibində axtarılan sərvətləri...

Bölmə: BLOK XƏBƏR, MANŞET
Rusiya Telman İsmayılovu tam bitirir- dəniz dibində axtarılan sərvətləri...
Məşhur oliqarxın dəniz dibində axtarılan sərvətləri...

Azərbaycan şou-biznesinin “xaç atası” Telman İsmayılov tezliklə Rusiya hüquq-mühafizə qurumları tərəfindən həbs edilə bilər.

İttihamlar artıq təkcə elə maliyyə məzmunlu deyil. Telman İsmayılovun mübarək adı bu dəfə bir neçə qətl hadisəsində hallandırılır. Anonim qaynaqlar israr edir: “Telman ən azı on nəfərin qətlində ittiham edilir. Ona qarşı RF Cinayət Məcəlləsinin 105 (adam öldürmə), 210 (cinayətkar dəstələrin yaradılması), 222 (qanunsuz silah saxlamaq), 172 (qanunsuz bank fəaliyyəti), 167 ( yanğın törətmə) maddələri üzrə qalın cinayət işi açllıb. Qardaşı Rafiq artıq həbsdədir. Digər qardaşı Vaqif gör nə vaxtı axtarışdadır. Tezliklə görünür Telman özü də axtarışa veriləcək. Cinayət işində Telman tək deyil. Uşaqlarının da adı var bu cinayət işlərində”.

14 sentyabr 2017-ci il tarixində üzü qara maskalılar Telman İsmayılovun Moskvadakı bütün gizli-açıq ünvanlarında silsilə axtarışlara başlayıblar. Kələfin bir ucu yavaş-yavaş Telman İsmayılovun boğazına dolanır. Şəxsi vəkili Aleksandr Dobrovinskiy “Ğ FM” radiosuna verdiyi açıqlamada eşidin bu axtarışlar barədə nə deyib: “Əməliyyat-axtarış tədbirləri Telmana məxsus 14 fərqli ünvanda aparılmaqdadır. Bazar ertəsi səhər-səhər xaricə uçub orda Telmanla görüşəcəm. Üzbəüz söhbətimizdən mənə çox məsələlər aydın olacaq. Telmanı bu dəfə 2000-ci ildən üzü bəri törədilmiş çox ağır 8 qətldə ittiham edirlər”.

Telmanın üzünə duran şəxs, tanış olun, peşəkar killer Harri Beloserkovskidir. Bir də azərbaycanlı balası Mehman Kərimov. İndi qazamatda, səkkiz qapı arxasında nəzarətdə saxlanılan bu cinayətkar şəxslər iddia edirlər ki, məhz Telmanın şəxsi göstərişləri əsasında Moskvanın şimalında bir çox qanuni oğrunu qətlə yetiriblər. Bəzi biznesmenlərin var-yoxunu talayıblar.

Lakin indi Telmana qarşı irəli sürülmüş ən ciddi ittihamlar bank-maliyyə mövzusundadır. Əhvalatın qısa xronikası ilə tanış olun.

***

2012-2014-cü illərdə Telman İsmayılovun “AST” şirkətlər birliyi VTB banklar birliyindən nə az-nə çox - 230 milyon dollar həcmində borc götürür. Əvvəl özünü adam kimi aparır, kreditlərin faizini ödəyir vaxtlı-vaxtında. Sonra imtina edir bu öhdəliklərindən. VTB görür yox...

deyəsən, bu lap ağ oldu. Bəs ölünü... üzr istəyirəm, Telmanı nəzarətsiz saxlasan o, üst-başını bulayar. Nəticədə Telmanın məşhur “Praqa” restoranı, habelə digər yağlı tikələr - “Trapikano” biznes-mərkəzi, “AST” ticarət binaları düşür borc siyahısına. VTB tərəfindən müsadirə edilir.
2016-cı ildə məhkəmə Telman AST-ni müflis elan edir. 2017-ci ilin martında qərar qəbul edir ki, Telmana məxsus nə varsa hərraca çıxarılsın. Telmanın gizli sərvətlərindən xəbardar bu möhtəşəm qüvvələr eyni vaxtda yunan Kiprindəki banklardan xahiş edirlər ki, öz gizli arxivlərinizi açın. Telmanın maliyyə trafingini, xüsusən “Vesto Trading Limited” şirkətini yaxşıca güdün. Görün hara transfer edib o ixtiyarındakı misilsiz sərvəti.

Açılır sandıq, tökülür pambıq, Bəlli olur-Telman, sən demə hələ 2014-cü ildə öz maliyyə vəsaitlərini okeanın o tayına köçürməyə başlayıb. Amerikadakı mülkləri yaxın qohumu Nailə Sadıxovanın adınadır. Misal üçün, kazino-qumar şəhərciyi Las Veqasda Telmana məxsus 7 min kvd. metrlik nəhəng ticarət mərkəzi var.

Telman AST-nin VTB bankına borcu, faizlərlə birgə, indi 19 milyard rubldan çoxdur. Amerika ədliyyə qurumları bunu nəzərə alıb girişirlər lazımi tədqiqata. Bəlli olur - hüquqi sənədlərdə “Craig Valley Plaza” adlanan Las Veqasdakı bu mülklər əvvəllər iran-erməni mənşəli Sem Nazaryana məxsusmuş. İndi “Marker Craig LLC” , “Marker LLC” şirkətləri tərəfindən idarə olunan bu müəssisələr kağız üzərində Nailə Sadıxovaya məxsusdur guya. Əslinə qalsa...


***

Lakin dünyada bir yox, iki Telman İsmayılov mövcuddur. Birisini yuxarıda sizə nişan verdik. İkinci Telman İsmayılov 2005-ci ildə Fransanın Nitsa sahilində, Antib burnunda, Şiman de Niel küçəsində qeydiyyata alınıb. Bu ünvandakı nəhəng, bahalı mülk də bax bu ikinci Telman İsmayılova məxsusdur. Dəyəri milyon-milyon dollarla ölçülən bu sarayın darvazasını “AST” gerbi bəzəyir.

***

Lakin bu sərvət heç nə, qəpik-quruşdur Telmanın Moskvadakı mülkləri ilə müqayisədə. Mülklərin tam siyahısına Telmandan başqa cəmi bircə nəfər bələddir-Valeriy Kubelun. Telmanın maliyyə işlərinə cavabdeh olan bu şəxsi hamı bir ağızdan “qara qutu” adlandırır indi. Moskvanın ən bərkgedən ünvanında- Kutuzov xiyabanındakı iki bahalı mənzil, Aprelevka, Skolkova qəsəbələrindəki torpaq sahələri, mülklər, tikililər, dükanlar, bazarlar... Bəli, bütün bu ağlasığmaz sərvət Telman İsmayılova məxsusdur. Ancaq bilinmir hansı Telman İsmayılova-Fransa doğumlu Telmana, yoxsa vaxtilə Göyçayda anadan olmuş Telman İsmayılova?

***

Telman İsmayılov 30 iyun 2017-ci ildə öz kreditorlarına qarşı bir başqa hiyləgərliyə də əl atıb. Övladlarını-Ələkbər ilə Sərxanı, bacısı oğlu Zaur Mərdanovu “AST” şirkəti təsisçiləri sıyahısından çıxarıb. İndi məhkəmə icraçıları öz tələblərini şirkətin yalnız digər sahiblərinə- Leonid Rəfailova, Səmənd Səməndiyevə qarşı irəli sürə bilərlər.

Məhkəmə qərarları, müsadirə tədbirləri nədənsə Telmanın bir başqa gəlir mənbəyindən- spirtli içkilər ticarətindən yan ötüb. Niyə? Bunu hələ heç kim bilmir. 2016-cı ildə bu sahədən Telman 11, 723 milyard rubl həcmində gəlir əldə etsə də, noolsun? Bir adam özündə cürət tapmır indi bu gəliri Telmandan geri tələb etsin.

Ancaq Türkiyədə Telmana məxsus məşhur “Mardan-palas” barədə bunu deməzdim. Bu ünvanın başına indi qara buludlar toplanıb. Yunan Kiprindəki ədliyyə məhkəməsi, “Sezeria” şirkətinin tələbi ilə Telmana qarşı tədqiqata start verib. Dövri mətbuat görün nə yazır bu barədə: “Çerkiz bazarı ləğv edildikdən sonra Mərdan Odessa milyarderi Sergey Yançuqova müraciət edir. Deyir gəl Odessada şərikli təzə ikinci Çerkiz bazarını açaq. Yançuqov Telmanın bu timsah göz yaşlarına aldanıb ona 100 milyon dollar pul borc verir. O vaxtdan əli havadadır. ”Sezeria" şirkəti batır bu borc bataqlığında. Ümid bircə beynəlxalq maliyyə məhkəmələrinədir".

2015-ci ildə “Mərdan-palaz” öz sahibini “Halk bank”a dəyişdiyi vaxt Telmanın cibində, özünün dediyinə görə, cəmi 25 min dollar pul vardı.
Hotelin baş meneceri Çetin Pəhləvan bu ilin əvvəlində tutduğu vəzifədən istefa edib. Deyib, əlavə nə varsa artıq mənlik deyil. Artıq bu payızda “Mardan-palas”ın VTB banka keçəcəyi söylənilir, biləsiz.

Yadda saxlayın-hotelin tikintisinə 10 min kvadrat metr xalis qızıl təbəqəsi sərf edilib vaxt ilə. İndi bu var-dövlət hərraca çıxarılıb keçi qiymətinə satılacaq.

***

Azərbaycanlılar uzun zaman Moskvada Telman AST-yə güvənib ətəyində namaz qılmasalar da, ticarət ediblər. Telmana Moskva meri Yuriy Lujkov havadarlıq edirmiş. Lujkovun, o cümlədən Telman AST-nin iri buynuzlarını ilk dəfə bliirsizmi kim qırdı?-Sergey Narışkin. O vaxtkı RF prezidentinin aparat rəhbəri. İndiki RF Xarici Kəşfiyyat Xidməti sədri. Narışkin bir gün diqqətlə baxdı Lujkovun arsız sifətinə. Sonra dedi: “Moskvadakı talançılıq, vergidən yayınma halları bütün sərhədləri vurub aşıb. Özünüzə təzə iş yeri axtarın”.

O vaxtdan Telmanın uzaq üfüqlərdə sayrışan bəxt ulduzu başlayıb öləziyib sönməyə. Qardaşı Rafiq iki qətl sifarişçisi kimi həbs edilib. İndi “Butırka” məhbəsinin nəm künclərində çürüyür. Sürücüsü Mehman Kərimov etiraf edib ki, Yuriy Brılov, Vladimir Savkininin qətlini o, məhz Rafiqin... bir də...

Bir də... Onun əmri ilə həyata keçirib.

İstintaq davam edir.

Lap o məşhur filmin son səhnələrindəki kimi. Dalğıclar dəniz dibinə enib orda Telmanın xəzinəsini axtarırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler