» » Bakıda bacısının başını kəsən qızın

Bakıda bacısının başını kəsən qızın Video görüntüsü

Bölmə: BLOK XƏBƏR
Bakıda bacısının başını kəsən qızın
şgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Xətai rayon Polis İdarəsində olarkən dünən bacısının başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyeva ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, hüquq müdafiəçisinin anspress-ə verdiyi məlumata görə, bacısını qətlə yetirən 1995-ci il təvəllüdlü Pərvanə Etibar qızı Nuriyeva Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır.

“Hazırda saxlanılan şəxsin vəziyyəti normaldır. Ona heç bir fiziki, mənəvi təzyiqlər olmayıb. Pərvanə Nuriyeva törətdiyi əməldən peşman olduğunu bildirir”, - deyə Elçin Behbudov bildirib.

Pərvanə Nuriyeva bildirib ki, bacısı bir müddətdir evə gəlin və qız gətirirmiş. Onlarla əxlaqsız hərəkətlər edirmiş. Pərvanə bacısı Günel Nuriyevaya dəfələrlə iradını bildirsə də, heç bir nəticə olmayıb.

“Dünən hadisə baş verən vaxt evdə iki bacı olublar. Pərvanə əvvəlcə yataqda uzanan bacısının əl-qolunu bağlayıb. Daha sonra onun bədəninə bıçaqla vurub. Daha sonra yastıqla başından tutub və boğazını kəsib. Pərvanə Nuriyeva danışdıqca, onun psixi sarsıntı keçirdiyi hiss olunur. Onun psixi problemləri olduğu davranışlarında da əks olunur”, - deyə Elçin Behbudov bildirib.

Qeyd edək ki, hadisə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.

Qətlə yetirilən G.Nuriyeva Bakıda Musiqi Akademiyasının ikinci kursunda oxuyurmuş. Onun atası Etibar Nuriyev tanınmış biznesmendir.

Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir.

Bacısının başını kəsən Pərvanə Nuriyeva istintaq hərəkətləri yerinə yetirildikdən sonra prokurorluğa aparılıb.
Pərvanə xüsusi mühafizə altında polis maşınına əyləşdirilib.


Şərh Yaz
ŞƏRH(1)

Kamil Kamranoğlu 25 oktyabr 2014 03:19
Cənab Tural müəllim: sizin rəhbərlik etdiyiniz Portalda yayılan məlumatlar və xüsusi xəbərlər üçün sizə minnətdaram.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler