» » Rza Zərrabın sərvəti açıqlandı-

Rza Zərrabın sərvəti açıqlandı- 300 milyon...

Bölmə: BLOK XƏBƏR
Rza Zərrabın sərvəti açıqlandı-
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrabın əmlak siyahısı barədə məlumat verilib.

ans press-in məlumatına görə, Türkiyədə 17 dekabr "böyük rüşvət" əməliyyatında saxlanılaraq sonra azad edilən Rza Zərrabın son vaxtlar ailəsinə bahalı hədiyyələr etməsindən sonra onun nə qədər sərvəti olduğu da açıqlanıb. Bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazıb.

Məqalədə iş adamının 31 yaşı olmasına baxmayaraq, 300 milyonluq daşınmaz əmlaka, 30 milyonluq bank ipotekasına sahib olduğu və Türkiyənin müxtəlif yerlərində aldığı torpaq sahələrinin, iş yerlərinin siyahısı barədə ətraflı məlumat yazılıb.

Xatırladaq ki, məşhur türk müğənnisi Ebru Gündeşlə evli olan iş adamı bir neçə gün əvvəl qızı Alara üçün Bursanın Qaracabəy rayonunda aldığı ərazidə 20 atın saxlanılması üçün at tövləsi tikdirmiş və onun adına keçirmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler