» » Meşə yanğınları hələ də söndürülməyib - Kəmaləddin Heydərov Qəbələdədir

Meşə yanğınları hələ də söndürülməyib - Kəmaləddin Heydərov Qəbələdədir

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Meşə yanğınları hələ də söndürülməyib - Kəmaləddin Heydərov Qəbələdədir
Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində avqustun 28-də başlamış yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyət (46 nəfər Bakı qarnizonu şəxsi heyəti), 4 yanğınsöndürmə avtomobili, Mülki Müdafiə Qoşunlarından 58 şəxsi heyət, 4 texnika, Şimal-Qərb Regional Mərkəzindən 20 şəxsi heyət, 4 texnika, Aviasiya dəstəsinin 1 yanğınsöndürmə helikopteri yanğının söndürməsi işlərinə cəlb olunub. Eyni zamanda, Qəbələ Rayon İcra Hakimiyyətinin və Meşə Təsərrüfatı İdarəsinin 50 canlı qüvvəsi və 13 müxtəlif təyinatlı texnikası cəlb olunub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisənin baş verdiyi rayondadır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler