» » “Düşünürlər uşağam, mənimlə çiling-ağac oynayırlar” - Dilqəmin oğlu

“Düşünürlər uşağam, mənimlə çiling-ağac oynayırlar” - Dilqəmin oğlu

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
“Düşünürlər uşağam, mənimlə çiling-ağac oynayırlar” - Dilqəmin oğlu
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Onlardan ailələrinə çatdırılması üçün məlumatlar alınıb və ailələrindən məlumatlar verilib.

Məsələ ilə bağlı Modern.az-a danışan azərbaycanlı girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov hər hansı başçəkmə olmadığını deyib:

“May ayında atamın vəziyyəti ağırlaşanda Cenevrədən həkim dəvət etmişdilər. Həmin həkimlə şəxsən özüm də görüşmüşdüm. Həkim mənə dedi ki, atamın müalicəsi düzgün aparılmayıb, ona görə səhhəti pisləşib. Xaricdən gələn həkimin dediyinə görə, o, düzgün müalicə yazıb. Amma həmin vaxtdan etibarən atamdan məktub ala bilmirəm”.

Kürdoğlu Əsgərov deyib ki, bir neçə gün əvvəl Qırmızı Xaç Komitəsinin ofisində olub.

“Atama məktub yazmaq istədiyimi bildirdim. Onlara dedim ki, sentyabrın 10-da on günlük Azərbaycanda olmayacam. Əgər görüş olacaqsa, mən məktub yazım. Bundan başqa üç aydan bir video göndərmək haqqım var mənim. Nümayəndələr heç bir problem olmadığını, görüş olacağı təqdirdə əvvəlcədən mənə xəbər verəcəklərini bildirdilər. Dünən də oxuyuram ki, guya, başçəkmə olub. Zəng edirəm əməkdaşlarına, deyirlər “bizim xəbərimiz yoxdur, görüş olmayıb”. Belə çıxır ki, mən uşağam, mənimlə çiling-ağac oynayırlar?!”.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler