» » Ermənistanda hərbçini yandıraraq öldürdülər - Dəhşət

Ermənistanda hərbçini yandıraraq öldürdülər - Dəhşət

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Ermənistanda  hərbçini yandıraraq öldürdülər - Dəhşət
Ermənistanda ötən gün baş verən amansız qətlin üstü açılıb.

Xalqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tavuş vilayətinin Nerkin Karmiqyux kəndində 32 yaşlı hərbi qulluqçu Vardan Qriqoryanın yanmış cəsədi avtomobilində aşkar olunmuşdu.

Onun hərbçi yoldaşı A.Lalayan tərəfindən döyülərək öldürüldüyü məlum olub. Qriqoryanın öldüyünü görən Lalayan onun meyitini avtomobilə qoyaraq yandırıb və dərədən atıb. Avtomobil qəzası görüntüsü yaratmaq istəsə də, erməni hərbçinin planı baş tutmayıb. O artıq həbs olunub və barəsində cinayət işi açılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler