» » Ermənistanda silahlar işə düşdü - İrəvan yolunda müdhiş cinayətlər

Ermənistanda silahlar işə düşdü - İrəvan yolunda müdhiş cinayətlər

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Ermənistanda silahlar işə düşdü - İrəvan yolunda müdhiş cinayətlər
Son günlər Ermənistanda silahlar susmur. Təkcə avqustun 14-də işğalçı ölkədə iki silahlı insident baş verib.

Musavat.com erməni erməni mətbuatına istinadən xəbər verir ki, İrəvan-Göyçə yolunda baş verən insident zamanı 24 yşlı İrəvan sakini Ayk Tişinyan güllələnib. Polisin məlumatına görə, onu güllələyən şəxsin, İrəvan sakini Quren Mexakyanın axtarışları davam edir. Toyota Karolla avtomobilində olan Tişinyana pnevmotik silahdan atəş açılıb. Daha sonra əlbir olan 10 nəfər onun maşınını ağac və dəmir çubuqlarla əzik-üzük ediblər. Yaralını sürüyüb maşından çıxaran dəstə üzvləri onu döyməyə başlayan dəstə üzvləri daha sonra isə onu Avan rayonundakı “Aladdin” kafesində atıb gedibər. İnsidentin səbəbləri bəlli deyil.

Həmin gün digər güllələnmə faktı isə Vanadzorda baş verib. Saat 22 radələrində “Vanadzor” tibb məntəqəsinə qarın boşluğundan odlu silahla güllələnmiş Ədmon Arutyunyan gətiririlib.

Məlum olub ki, o, İrəvan şossesindəki insident zamanı güllə yarası alıb. Hadisə yerində 2 giliz, 1 güllə və qan izləri aşkarlanıb. Zərərçəkən kimi tanınan 31 yaşlı Arutyunyanın kriminal aləmdə “Loloi Edo” ləqəbi ilə məşhur olduğu deyilir. Bu hadisənin də motivləri bəlli deyil.
Kriminal Sərkisyan rejiminin rəhbərlik etdiyi Ermənistanda odlu silahların işə salınması əslində təəccüblü deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler