Xalq artisti: "Şou-biznesin mafiyası bizim vəzifəli şəxslərə cadu etdirir"

Bölmə: BLOK XƏBƏR
Xalq artisti:

Xalq artisti İlhamə Quliyeva şou-biznesdə yaradılmış mafiyaya xəbərdarlıq edib.

Anspress-in məlumatına görə, ans tv-nin "Günə Baxan" proqramının qonağı olan xalq artisti birbaşa yayımda inanılmaz açıqlamar edib.

"Bizim şou-biznesdə bir mafiya yaradılıb. Bu insanlar gedirlər Dubaya, oradan da bir adaya. Orada bizim vəzifəli, pullu şəxsləri, bizim hörmətli oğullarımızı cadular etdirirlər. Məqsəd onların pullarını ələ keçirməkdir. Mən buradan onlara xəbərdarlıq edirəm, yığışdırın özünüzü! Yoxsa sizi hər yerdə biabır edərəm. Mənim əlimdə faktlarım var. Yenə də deyirəm, özünüzü yığışdırın!"

İlhamə Quliyeva onun ölümü üçün də cadu edildiyini açıqladı: "Dəfələrlə mənim ölümüm üçün cadu ediblər. Amma gördüyünüz kimi mən hələ də sağam. Məni Allah yaradıb, o da istədiyi zaman canımı alacaq!"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler