» » Elgiz Əkbər İlham Mirzəyevə görə mediaya səsləndi -

Elgiz Əkbər İlham Mirzəyevə görə mediaya səsləndi - Video

Bölmə: BLOK XƏBƏR, GÜNDƏM
Elgiz Əkbər İlham Mirzəyevə görə mediaya səsləndi -
"Adam içində" verilişində vəkil İkram Abdullayev maraqlı açıqlamalar verib

Bir müddət əvvəl mətbuatda teleaparıcı İlham Mirzəyev haqqında məlumatlar yayıldı və çox təssüf edirəm ki, burada mənim də adım hallandı.

ans press-in məlumatına görə, bunu Elgiz Əkbər aparıcısı olduğu "Adam içində" verilişində kütləvi informasiya vasitələrində onunla İlham Mirzəyev haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İlham Mirzəyevlə artıq barışsa da bu məsələ bitməyib, bunu davam etdirən insanlar var. Mən onlara səslənirəm ki, mənim adımı bu məsələdə hallandırmasınlar.

Verilişdə iştirak edən İ.Mirzəyevin vəkili İkram Abdullayev teleaparıcının məhkəməsinin hökmü ilə bağlı məlumat verib.

"Mən İlham bəyi müdafiə etdiyim üçün tez-tez görüşürük. O, heç bir vaxt Elgiz müəllim haqqında, ondan narazılıqla danışmayıb. Mən onu çox tərbiyəli bir adam kimi tanıyıram. Həqiqətən də o, tərbiyəli və yaxşı adamdı. Pisxologiya üzrə fəlsəfə doktorudur. Bu elə-belə zəhmətsiz başa gəlməyib, Akademiyada çalışır. Mən bir vəkil kimi deyirəm ki, onun əməlində cinayət tərkibi yoxdur, ona əslində verilən ittihamları mülkü qaydada həll etmək lazım idi. Bir dəfə də bu barədə biz burada müzakirə aparmışıq. Mən deyirəm ki, ümumiyyətlə bu gün Azərbaycanda dələduzluq cinayətinə qarşı inzibati orqanların müxtəlif münasibətləri var. Elə vaxt olur ki, gerçəkdən burada dələduzluqdan hansı səbəbə görəsə ona cinayyət işi qaldırmırlar. Neçə dəfə yazırsan ki, burda dələduzluq halı var. Görürsən ki, cavab verirlər ki, bu mülkü qaydada həll edilməlidir".

İkram Abdullayevin sözlərinə görə, hazırda məhkəmə 178-ci (dələduzluq) maddəsi ilə İlham bəyə 4 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edib. Mən hesab edirəm ki, bu mülkü qaydada həll edilməli idi. Məsələ il bağlı Apellyasiya şikayəti veriləcək.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler