» » Körpəsini bıçaqlayan ananın məktubu -

Körpəsini bıçaqlayan ananın məktubu - Foto

Bölmə: BLOK XƏBƏR
Körpəsini bıçaqlayan ananın məktubu - Türkiyədə həbsxanada olan qadının yazdığı məktub mətbuatda dərc edilib. Xalqinfo.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, bu ilin iyul ayında 1 yaşlı körpə uşağını bıçaqlaması üstündə həbs olunan Süleyha adlı qadın törətdiyi əməli etiraf edərək peşmançılığını dilə gətirib.

Belə ki, daha əvvəl polisə “ərim bıçaqla mənə hücum etdi, özümü qorumaq istəyərkən çəkildim və bıçaq oğluma dəydi” - deyə ifadə verən qadın həqiqəti etiraf edib.O, həbsxanadan yazdığı məktubda hadisəni özü törətdiyini bildirib. Qadın Məktubda bu ifadələrə yer verib:

“Canım balam, bu cahil ananı bağışla. Səni bu hala saldığım üçün çox peşmanam. İnşAllah sağalarsan. Belə olmasını istəməzdim. Vicdan əzabından və sənin həsrətindən ölürəm. Məni bağışla”.

Bu məktubun üzə çıxmasından sonra məhkəmə qadının cəzasının ağırlaşdırılması üçün yeni iddia qaldırıb.
Qeyd edək ki, hazırda vəziyyəti yaxşı olan körpə uşaq məhkəmə tərəfindən atasına verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler