» » Baş Polis İdarəsindən mitinq - Açıqlaması

Baş Polis İdarəsindən mitinq - Açıqlaması Açıqlaması

Bölmə: BLOK XƏBƏR
Baş Polis İdarəsindən mitinq - Açıqlaması
Baki şəhər Baş Polis İdarəsi bu gün baş tutan mitinqlə bağlı məlumat yayıb.


Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:

“Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, “El” hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 (doqquz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler