» » Əli Xamneyi 1250-dən çox məhbusu əfv etdi

Əli Xamneyi 1250-dən çox məhbusu əfv etdi

Bölmə: BLOK XƏBƏR
Əli Xamneyi 1250-dən çox məhbusu əfv etdi
İranın ali lideri Ayətullah Əli Xamneyi Qurban və Qədir-Xum bayramları münasibətilə həbsdə olan 1256 nəfərin əfv olunması barədə fərman imzalayıb. Bu barədə Trend İranın "Mehr" agentliyinə istinadən məlumat verir.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə ali liderə məktubla müraciət etmişdi. Məktubda 1256 məhbusun əfv edilməsi xahiş olunurdu. Ə.Xamneyi məhz həmin məhbusların əfv olunması barədə fərman imzalayıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler