» » Cocuq Mərcanlıda evlərin orderi nə vaxt paylanacaq? - Açıqlama

Cocuq Mərcanlıda evlərin orderi nə vaxt paylanacaq? - Açıqlama

Bölmə: BLOK XƏBƏR, MANŞET
Cocuq Mərcanlıda evlərin orderi nə vaxt paylanacaq? - Açıqlama
Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb. İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

Bu barədə Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun Modern.az-a verdiyi məlumata görə, ailələr tezliklə Cocuq Mərcanlıya köçürüləcək:
“Ailələrin köçürülməsi üçün son tamamlama işləri gedir. Yaxın günlərdə 50 ailənin Cocuq Mərcanlıya köçürülməsinə başlanacaq”.

İlkin mərhələdə Cocuq Mərcanlıya köçəcək ailələrdən birinin başçısı İsmət Həziyev Modern.az-a köçmək üçün veriləcək qərarı gözlədiklərini deyib:
“Bizə verilən məlumata görə, bu gün ya da sabah Bakıda köçlə bağlı yekun qərarın veriləcəyi gözlənilir. Biz də böyük səbirsizliklə gözləyirik”.

İ.Həziyev deyib ki, order yalnız qardaşı, hələlik Cocuq Mərcanlının yeganə sakini Oqtay Həziyevə ölkə başçısı tərəfindən təqdim olunub:
“Yəqin bizim orderlər də köçdükdən sonra verilər”.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler