» » Türkiyə atom dövləti olacaq

Türkiyə atom dövləti olacaq

Bölmə: BLOK XƏBƏR
Türkiyə atom dövləti olacaq

Qardaş ölkədə "Akkuyu" adlı atom elektrik stansiyası tikiləcək
Türkiyədə atom elektrik stansiyasının (AES) tikintisinin başlama tarixi məlum olub.

ans press-in məlumatına görə, "Akkuyu" AES-in tikintisinə gələn ilin mart ayında başlanacaq. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız açıqlama verib.

Onun sözlərinə görə, AES-in tikintisi Türkiyə üçün xüsusi önəm kəsb edir.

Qeyd edək ki, Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu ilk "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.

Stansiyanın hər blokunun gücü 1200 meqavat, ümumi gücü isə 4800 meqavat təşkil edəcək. Blokların bir illik fasilə ilə ardıcıl istismara veriləcəyi nəzərdə tutulur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler