» » “Həyat yoldaşım mənə çox etibar edir”

“Həyat yoldaşım mənə çox etibar edir”

Bölmə: BLOK XƏBƏR
“Həyat yoldaşım mənə çox etibar edir”

“Mənim qazancım yalnız toylardan gəlir. Atam rəhmətə gedib, anam isə evdar qadındır. Anamın da o qədər pulu yoxdur ki, mənə sponsorluq etsin”.


“Xalqinfo.az" Qafqazinfo istinadən xəbər verir ki, bunu “Kaspi” qəzetinə müsahibəsində gənc müğənni Sevinc Ağaşirinova deyib. O, bildirib ki, həyat yoldaşının gəliri çox azdır və qazancı ancaq özümüzə çatır: “Yoldaşımın mənə öz yaradıcılığımı davam etdirməyim üçün icazə verib. O mənə mənəvi dayaqdır. Bunun özü böyük bir şeydir. Yoldaşım mənə çox etibar edir. Maddi baxımdan o qədər dəstək ola bilməsə də, mənəvi baxımdan mənə çox dəstək olur. Müğənnilər hər zaman göz qabağında olur. Tamaşaçılar elə bilir ki, müğənni nə istəsə o dəqiqə hər şey onun üçün hazır olur. Ancaq bu, yanlış düşüncədir. Bu gün dünyada və eləcə də Azərbaycanda bütün məşhur müğənnilər böyük əziyyət çəkərək həmin o zirvəyə yüksəliblər. O zirvəyə çatmaq üçün o qədər əziyyət çəkiblər ki, onların qazandıqlarından çox itirdikləri olub. Ona görə də müğənnilərin mənəvi cəhətdən çox rahatlıq tapmalarına ehtiyacları var”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler