» » FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi yaxalandı

FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi yaxalandı

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi yaxalandı
FETÖ-nün ("Fətullahçı terror örgütü") Azərbaycan üzrə məsul şəxsi, Türkiyənin Malatya Cümhuriyyət Prokurorluğu tərəfindən axtarılan şəxs İstanbulda yaxalanıb.

Virtualaz.org-un xəbərinə görə, həmin şəxsin adı, soyadı açıqlanmır, M.M. olaraq göstərilir.

Malatya Valiliyinin fövqəladə vəziyyət üzrə bürosundan verilən açıqlamada deyilir ki, həmin şəxs İstanbulda yaxalanaraq Malatyaya aparılıb. Şübhəli polisdə dindirildikdən sonra növbətçi məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Malatya həbsxanasına yerləşdirilib. Açıqlamada Malatyada FETÖ-çuların həbsinin davam etdiyi bildirilir. Saxlanılanlar arasında keçmiş müəllimlər və tələbələr də var. Onların barəsində dəlil kimi fətullahçıların bir-biri ilə gizli xəbərləşmək üçün yaratdıqları ByLook messengerindən istifadə etmələri göstərilir.

Xatırladaq ki, bu günlərdə Azərbaycanda FETÖ-çu olmaqda ittiham edilən 3 Türkiyə vətəndaşının yaxlanaraq bu ölkəyə ekstradisiya olunduğu məlum olmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler