» » Bayram Kürdəxanlının işi məhkəməyə göndərilir-

Bayram Kürdəxanlının işi məhkəməyə göndərilir- Video

Bölmə: BLOK XƏBƏR
Bayram Kürdəxanlının işi məhkəməyə göndərilir-
“İş artıq yekunlaşıb. Yəqin ki, bu yaxınlarda məhkəməyə veriləcək. Amma Bayram ona qarşı sürülən ittihamla razılaşmır”.


"Xalqinfo" xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında meyxanaçı Bayram Kürdəxanlının anası Səkinə Quliyeva deyib.

S.Quliyeva sentyabrın 11-də Bayram Kürdəxanlı haqda seçilmiş həbs qəti-imkan tədbirinin 1 ay müddətinə uzadıldığını da əlavə edib: “Bayramı iyulun 12-də toy adı ilə “Nilufər” şadlıq sarayının qarşısına çağırıblar. Orda da polislər qəfildən qollarını burub idarəyə aparıb. Yenə deyirəm, Bayram ona qarşı irəli sürülən ittihamı qəbul etmir. Sentyabrın 11-də keçirilmiş məhkəmədə də günahsız olduğunu dedi”.

Qeyd edək ki, iyulun 12-də Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış Bayram Kürdəxanlı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Tanınmış meyxanaçı ilkin ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, lakin onun alqı-satqısı ilə məşğul olmadığını deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.Qafqazinfo


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler