» » Azərbaycanlı icra başçısı ev dustaqlığına buraxıldı

Azərbaycanlı icra başçısı ev dustaqlığına buraxıldı

Bölmə: BLOK XƏBƏR
Azərbaycanlı icra başçısı ev dustaqlığına buraxıldı
Oktyabrın 2-də həbs edilmiş Dərbənd rayon admisnstrasiyasının sədri, Dağıstanın Azərbaycan diasporunun lideri Qurban Qurbanov ev dustaqlığına buraxılıb.

Bu barədə lent.az-a Dərbənddə yaşayan jurnalist Telman Tahirli xəbər verib. T.Tahirlinin sözlərinə görə, Q.Qurbanov barəsində seçilmiş həbs qəti-imkan tədbirini dəyişdirilərək onun barəsində 2 aylıq ev dustaqlığı tədbiri seçilib.

Xatırladaq ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə bölməsində bu il sentyabrın 16-da Q.Qurbanov barəsində Cinayət Məcəlləsinin 286.2-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 2009-cu ildən 2013-cü ilə qədərki dövrdə Q.Qurbanov Rusiya Federasiyası və Dağıstanın Respublikasının torpaq qanunvericiliyini pozaraq, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.

Oktyabrın 2-də həbs edilən Q.Qurbanov Dərbəndin azərbaycanlı klanının lideri idi. Ondan əvvəl rayona 1962-ci ildən etibarən atası Səid Qurbanov başçılıq edib. Q.Qurbanovun qardaşı Maqomed isə Dağıstanın Bakıdakı nümayəndəsi idi. Ramazan Abdulatipov hakimiyyətə gələndən sonra onu işdən azad edib.

1290 DƏFƏ OXUNUB

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler