» » Avtomobil iki yerə bölündü-

Avtomobil iki yerə bölündü- 2 ölü, 3 yaralı

Bölmə: BLOK XƏBƏR
Avtomobil iki yerə bölündü-
Xalqinfo.az xəbər verir ki,Bakı-Qazax yolunun 144-cü kilometrliyində, Hacıqabulun Qarasu kəndi ərazisində baş verən avtoqəzada bir ailənin 2 üzvü ölüb, 3 üzvü isə ağır yaralanıb.

APATV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Sabirabad rayon Kovlar kənd sakini 1950-ci il təvəllüdlü Rəsulov Əliabbas Hasil oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil dönmə əməliyyatı yerinə yetirərkən Ağstafa sakini Tural Əmrahovun idarə etdiyi 90-HA-646 dövlət nömrə nişanlı “Mersedess” markalı iri tutumlu sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Sabirabad rayon Kovlar kənd sakini, 1950-ci il təvəllüdlü Rəsulov Əliabbas Hasil oğlu və 2014-cü il təvəllüdlü Rəsulov Fehruz Hasil oğlu dünyasını dəyişib.

Sərnişinlər - 1961-ci il təvəllüdlü Rəsulova Sara Ağalar qızı, 2010-cu il təvəllüdlü Həmzəyev Əli Sadiq oğlu və 1983-cü il təvəllüdlü Həmzəyeva Xeyransa Fehruz qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisənin baş verməsinin ilkin səbəbi kimi minik avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Qeyd edək ki, qəza nəticəsində “VAZ-2106” iki yerə parçalanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler