» » Günəşlə Ay eyni anda görünəcək-

Günəşlə Ay eyni anda görünəcək- İnanılmaz

Bölmə: BLOK XƏBƏR
 Günəşlə Ay eyni anda görünəcək-
8 oktyabrda dünyada ən nadir Ay tutulmalarından biri baş verəcək.

ans press-in məlumatına görə, Ay tutulması ilə eyni dəqiqələrdə Günəşin doğması baş verəcək. Alimlərin fikrincə, bu, nadir kosmik hadisədir.

"Selenelion" adı verilən kosmik hadisədəni gözlə görmək mümkün olacaq. Proses baş verən zaman Ay və Günəş bir-birlərindən 180 dərəcə ölçüdə dayanacaq. Ancaq, atmosferdə işığın qırılması nəticəsində hər iki göy cismi üfüqdə ayrı-ayrı görünəcək. Bununla da Günəş və Ayı eyni anda müşahidə etmək mümkün olacaq.

Kosmik hadisə Amerika qitəsində 8 oktyabrda, gündüz saatlarında, Asiya və Avropa ölkələrində isə axşam saatlarında müşahidə olunacaq. Günəş şərqdən yüksələrkən qərbdə Ay tutulması reallaşacaq. Prosesin maksimum 9, minimum 2 dəqiqəlik müddət ərzində müşahidə olunacağı ehtimal olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler