» » İnanılmaz: Bu kitabı oxuyan milyon yarım qazanacaq -

İnanılmaz: Bu kitabı oxuyan milyon yarım qazanacaq - Foto

Bölmə: BLOK XƏBƏR
İnanılmaz: Bu kitabı oxuyan milyon yarım qazanacaq -
500 min dollar mükafat vəd edən “Oyunun sonu” (“Endgame") romanı sabah Türkiyədə satışa çıxarılır.

Axar.az xəbr verir ki, Amerika yazıçısı Ceyms Freinin üç cildlik romanı “Oyunun sonu” 38 ölkədə eyni vaxta yayımlanacaq.

Ceyms Freini dünya çapında bir ilkə imza ataraq oxuculara tapmaca həll etməklə 500 min dollar dəyərində qızıl qazanmaq şansı yaradıb.

Romanda dünyanın sonunu gətirəcək fəlakətlərin başlanması, 12 qədim sivilizasiyanın nümayəndəsi olan 12 xüsusi gəncin dünyanın qurtuluşu olan 3 açarı axtarmaq üçün mübarizəsindən bəhs olunur.

Romanın səhifələrində gizli məlumatları tapan və şifrələri həll edən oxucular dünyanın istənilən yerində saxlanan açarı taparaq Las-Veqasdakı bir oteldə içində 500 min dollar dəyərində qızıl olan seyfi açmaq şansına sahib olacaq. Oxucuların ikinci kitabda 1 milyon dollar, üçüncü kitabda 1,5 milyon dollar, bütövlükdə isə 3 milyon dollar dəyərində qızıl qazanmaq imkanı olacaq.

Ceyms Frei açıqlamasında layihənin roman və hekayə ilə yanaşı, kompüter oyunları, kino filmi, sosial şəbəkələr və e-kitapları əhatə edəcəyini deyib.

Kitabda kino, kompüter oyunu, sosial şəbəkələr, bir sıra hekayə və saysız-hesabsız interaktiv tətbiqetmələri əhatə edir. Romanın bu günə qədər ən geniş əhatəli kitab olduğu bildirilir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler