» » Gəncədə 10 yaşlı qızı maşın vurub

Gəncədə 10 yaşlı qızı maşın vurub

Bölmə: BLOK XƏBƏR
Gəncədə 10 yaşlı qızı maşın vurub
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Şəddadilər küçəsində qeydə alınıb.

Şəhər sakini, 60 yaşlı Fəxrəddin Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə küçə ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 10 yaşlı Gülnur Əsgərovanı vurub. Yaralı dərhal sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. İlkin ehtimallara görə, qəzaya səbəb piyadanın ehtiyatsızlığı olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler