» » Məşhur erməni aktyor Azərbaycanlıları təriflədi.

Məşhur erməni aktyor Azərbaycanlıları təriflədi.

Bölmə: BLOK XƏBƏR
Məşhur erməni aktyor Azərbaycanlıları təriflədi.
Armen Ciqarxanyan müsahibəsində azərbaycanlıları tərifləyib.

"Ermənistanda Azərbaycan mahnılarını çox sevirlər. Maşınla gedərkən radioda Azərbaycan musiqiləri dinləyirlər".

Xalqinfo.az-ın məlumatına görə, bu sözləri erməni əsilli məşhur aktyor, SSRİ xalq artisti Armen Ciqarxanyan deyib. O bildirib ki, iki ölkə arasında düşmənçilik və nifrət daha heç kimə xeyir gətirməyəcək:

"Bilirsiniz ki, erməni və azərbaycanlılar arasında münaqişə uzun müddətdir ki, davam edir. Bütün bunlar çox asan məsələ deyil. Bütün normal adamlar istəyirlər ki, biz dinc yaşayaq. Biz qonşuyuq! Ümumi cəhətlərimiz çoxdur".

Armen Ciqarxanya ABŞ-dakı bir xatirəsini danışaraq azərbaycanlıların müsbət keyfiyyətlərindən danışıb:

"Mənim Amerikada bir erməni dostum var. Bir dəfə onu Nyu-Yorkda Azərbaycan restoranına dəvət etdim. O isə qəti şəkildə imtina etdi: "Ora getməyəcəyəm!" Mən ondan səbəbini soruşdum: "Sənin anan diabet xəstəsidir. Onu kim müalicə edir?" — "Çox yaxşı həkim olan Maqran".— " O azərbaycanlıdır?" — deyə mən ondan soruşdum. Düşünürəm, o bu sualdan sonra hər şeyi anladı. O başa düşdü ki, hər yerdə yaxşı, normal insanlar var".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler