» » Ermənilər Bakıya gəlməlidir

Ermənilər Bakıya gəlməlidir

Bölmə: BLOK XƏBƏR
Ermənilər Bakıya gəlməlidir
"Prezident Serj Sarkisyanla görüşümdə bu barədə danışacam"

Ermənistan Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku və Şahmat olimpiadasında iştirak etməlidir.

Xalqinfo.az-ın məlumatına görə, bunu jurnalistlərə FİDE prezidenti Kirsan İlyumjinov deyib.

O, Azərbaycan və şahmat üzrə Dövlət Proqramı haqqında danışıb: "Azərbaycanda olmaqdan məmnunam. Qran-Pri turnirini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanın gənclər və idman nazirinə, Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm. FİDE-yə 181 ölkə üzv olub. Amma yalnız Azərbaycanda şahmatın inkişafına görə Dövlət Proqramı var. Bu proqram 2009-2014-cü illəri əhatə edir. Dövlət Proqramı müvafiq strukturlar tərəfindən yerinə yetirildi. Azərbaycan mötəbər yarışları qəbul etdi. Eyni zamanda, yığmanız iki dəfə Avropa çempionu olub. Nəticələr hamıya məlumdur. Yəqin, yaxın aylarda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz olacaq və orada mən Dövlət Proqramının vaxtının uzadılması barədə danışacağam. Gələn il Bakıda Dünya Kuboku var, 2016-cı ildə isə Şahmat olimpiadası keçiriləcək. Dövlət Proqramının daha 5 il müddətinə artırılması şahmatın inkişafını daha da sürətləndirəcək".

K.İlyumjinov oktyabrın 17-də Ermənistana səfər edəcəyini və orada yerli şahmat qurumunun rəsmiləri ilə görüşəcəyini bildirib: "Prezident Serj Sarkisyanla görüşümdə Bakıda keçiriləcək Dünya Kuboku və Şahmat olimpiadası barədə danışacağam. FİDE böyük ailədir. Biz istəyirik ki, Ermənistan yığması Bakıda keçiriləcək Şahmat olimpiadasında, onların şahmatçıları isə 2015-ci ildə baş tutacaq Dünya Kubokunda iştirak etsin. Bununla bağlı müzakirələrimiz olacaq. Ötən dəfə Ermənistanda olarkən bir daha bildirmişdim ki, onlar Dünya Kuboku və Şahmat olimpiadasında iştirak etməlidir. Biz bütün komandaların turnirdə mübarizə aparmasını istəyirik".
Qeyd edək ki, Azərbaycan Ermənistan komandasının təhlükəsizliyinə dövlət səviyyəsində zəmanət verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler