» » “Eurovision”da Azərbaycana sıfır xal verən ölkələr –SİYAHI

“Eurovision”da Azərbaycana sıfır xal verən ölkələr –SİYAHI

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
“Eurovision”da Azərbaycana sıfır xal verən ölkələr –SİYAHI
Xəbər verdiyimiz kimi, dünyanın ən böyük musiqi yarışması “Eurovision”ın 62-ci mövsümü Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutub.

Xalqinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, təmsilçimiz Diana Hacıyevanın (Dihaj) çıxışını cəmi 17 ölkə (münsif və tamaşaçı səsverməsi daxil) bəyənib.

Formata uyğun olaraq münsiflərin verdiyi ballar elan edilib, lakin tamaşaçı səsverməsi gizli keçirilib. Açıqlanan siyahıdan məlum olur ki, Dihajın ifasını yalnız gürcülər bəyənib. Belə ki, gürcü jürilər ona 10, tamaşaçı isə 12 bal verib.

Səsvermənin nəticələri:
Portuqaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Bolqarıstan: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 0
Belçika: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Moldova: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 10
İtaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Macarıstan: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Yunanıstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 0
Kipr: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Polşa: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Ukrayna: Münsiflər – 6/ Tamaşaçı səsverməsi – 0
Albaniya: Münsiflər – 2/ Tamaşaçı səsverməsi – 0
Çexiya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 10
Gürcüstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 12
İrlandiya: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Monteneqro: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 5
Sloveniya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 4
San Marino: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 1

Yarışmada iştirak edən 29 ölkə isə Dihajın ifasını bəyənməyib, sıfır bal yollayıb. Buna Azərbaycanın daim yüksək bal verən Malta, Belarus, Xorvatiya, Serbiya və s. ölkələr daxildir.

Xatırladaq ki, Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler