» » Arif Hacılı ilk sərəncamlarını imzaladı

Arif Hacılı ilk sərəncamlarını imzaladı

Bölmə: BLOK XƏBƏR
Arif Hacılı ilk sərəncamlarını imzaladı
Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı öz səlahiyyətlərinin icrasına aid olan sərəncamlar imzalayıb.

Musavat.com bu sərəncamları təqdim edir.

“Müsavat Partiyası başqanının
SƏRƏNCAMI

Müsavat Partiyası Nizamnaməsinin 4.11-ci maddəsinə əsasən
qərara alıram:
Müsavat Partiyasının Mərkəzi İcra Aparatı partiyanın yeni icra strukturları yaradılanadək öz funksiyalarını həyata keçirməyi davam etdirsin.”
***

“Müsavat Partiyası başqanının
SƏRƏNCAMI
Müsavat Partiyası Nizamnaməsinin 4.11-ci maddəsinə əsasən
qərara alıram:
1. Müsavat Partiyasının Məclisi 11 oktyabr 2014-cü il tarixdə saat 11.00-da Müsavat Partiyasının mərkəzi qərargahında çağırılsın.
2. Müsavat Partiyası Məclisinin 11 oktyabr 2014-cü il tarixli sessiyasında MNTK və sərbəst Məclis üzvlüyünə boş qalmış yerlərə seçkilər keçirilsin.
3. Namizədlərin irəli sürülməsi müddəti 01 oktyabr 2014-cü il 12.00-dan 10 oktyabr 2014-cü il saat 17.00-dək müəyyən edilsin.
4. Ərizələr yazılı şəkildə Müsavat Partiyası Mərkəzi İcra Aparatının Təşkilat şöbəsinə təqdim edilsin.”


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler