» » Nazirin sağalmayan köməkçisi...

Nazirin sağalmayan köməkçisi...

Bölmə: BLOK XƏBƏR, MANŞET
Nazirin sağalmayan köməkçisi...
Azərbaycanda yol nəqliyyat hadisələrinin baş verməsi adi hala çevrilib. Hər gün demək olar ki, mediada məlum avtobus qəzaları ilə bağlı videolar, fotolar yayılır. Bundan əlavə, sərnişinlər sürücülərin mədəniyyətsizliyindən, yüksək sürətdən, dəfələrlə Nazirliyə müraciətlərinin cavabsızlığından şikayətlənirlər. Onlar şikayətlərinin ictimailəşməsinə baxmayaraq, nəticəsiz qalmasından gileylənirlər. Amma Nəqliyyat Nazirliyinin sözçüləri baş verənlərə ya biganə qalır, ya da heç nə baş verməmiş kimi davranırlar. Çünki ictimailəşən məsələlərə, mediada çıxan xəbərlərə reaksiya verməli olan Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov heç jurnalistlərin suallarını cavablandırmır, qalmışdı şikayətlərə baxa...


Xatırladaq ki, bu yaxınlarda Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı qızı da yol nəqliyyat hadisəsində dünyasını dəyişmişdi. Biz media nümayəndələri olaraq düşünürdük ki, bəlkə, bu həssas məqamdan sonra nazirliyin sözçüsü mətbuata açıq olar. Belə ki, dəfələrlə “Qafqazinfo” Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənova bu cür məsələlərlə bağlı müraciət edib. Saysız-hesabsız zənglər nəticəsində cəmi bir-iki dəfə telefona cavab verən Namiq Həsənov hər dəfə xəstə olduğunu bildirib. “Mən xəstəyəm. Daha bu jurnalistlərin əlindən bezmişəm. Adamı xəstələnməyə də qoymurlar. Ölmürəm canım qurtarsın...”

Düzü, biz bilmirik Namiq Həsənovun “xəstəlik” missiyası mediadan qaçış üçün bəhanədir, yoxsa..? Yoxsaya ehtiyac da yoxdur. Əlbəttə, insan xəstələnə bilər, amma bu məqamda onu kimsə əvəz etməlidir. Yəqin, nə bizə, nə də nazirə xəstə köməkçi lazımdır. Namiq bəyin nəzərinə bir daha çatdırırıq ki, həyatda hər şey insanlar üçündür. Hər birimiz xəstələnə bilərik. Amma söhbət mühüm bir Nazirliyin Mətbuat Xidmətinin rəhbərindən gedir və vəzifədə əvəzedilməyəcək insan yoxdur. Sizin vəzifəniz jurnalistlərin suallarını cavablandırmaqdan ibarətdir. Əgər xəstəlikdən dolayı işinizin öhdəsindən gələ bilmirsinizsə, buyurun, istefa verin. Üzərinizdən mühüm bir məsuliyyəti götürün, sağlamlığınızın qeydinə qalın...

Elə sonuncu dəfə Namiq Həsənova zəng vuranda yenə eyni sözləri dedi və biz də xahiş etdik ki, heç olmasa Nazirlikdən kiminsə əlaqə nömrəsini versin ona yazaq, o da bizə məsləhət gördü ki, şöbənin əməkdaşı Kəmalə Səfərovaya sualları ünvanlayın. Sualları oxuyandan sonra Kəmalə xanımın cavabı belə oldu: “Mətbuatın suallarını cavablandırmaq Namiq müəllimin səlahiyyətindədir”.

O gündən həmin xanım da telefonlarımıza cavab vermir. Cavabsız qalan sualların bir neçəsini də yazıya əlavə etməklə, Nəqliyyat naziri Ziya Məmmədova müraciət edirik: “Cənab nazir, əgər rəhbəri olduğunuz qurumun müsbət imic qazanmasını istəyirsinizsə, ilk növbədə sözçünüzün jurnalistlərə açıq olmasını ondan tələb edin. Əgər jurnalistlərin kütləvi şəkildə onun fəaliyyətindən narazı olduğunu bilmirsinizsə, xahiş edirik bizə kömək edin... Çünki bu cür məsələlərin birbaşa rəhbər şəxsdən asılı olduğunu biz bilirik.

Bu da cavabsız qalan sualların bəziləri...Çox sadə suallardır.

- Namiq bəy, mütəmadi olaraq mediada avtobus qəzalarıyla bağlı xəbərlər yayılır. Videolar çəkilir, saytlarda yerləşdirilir. Nazirlik bununla bağlı nə kimi tədbirlər görür?

- Cavab

- Sürücülərə qarşı hansısa cəza tədbirləri görülürmü?

- Cavab

- Ümumiyyətlə, sürücülər işə götürülərkən hansı testlərdən keçir?

- Cavab

- Sürücülər isə çox vaxt bu durumu belə izah edirlər ki, yüksək sürətlə hərəkət etmək onlardan asılı deyil. Yəni onlar gündəlik planı doldurur. Aidiyyatı qurum onlardan bunu tələb edir. Siz bu barədə nə düşünürsünüz?

- Cavab

qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler