Bakıda özbaşına avtobus marşrutları - SİYAHI - FotolarBölmə: BLOK XƏBƏR
![]() Oxucularımızın Bakının sərnişin nəqliyyatı, xüsusilə də avtobusları ilə bağlı şikayətləri səngimir. Onların dediklərinə və yazdıqlarına görə, sərnişin avtobuslarında sürücülər qanunsuz şəkildə gedişhaqqını özbaşına artırırlar. Sərnişinlər xüsusilə də 171, 207 və 7 saylı marşrutlardakı avtobuslarla bağlı daha çox şikayətlənirlər. Belə şikayətlərlə bağlı Nəqliyyat Nazirliyinə müraciət edərək situasiyanın şərh olunmasını istəyəndə hər dəfə "fakt araşdırılacaq" deyilir, amma nədənsə yoxlama və araşdırmanın sonucları barədə sonradan heç bir məlumat verilmir. Nəqliyyat Nazirliyindən fərqli olaraq İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaların nəticələri barədə kütləvi informasiya vasitələrinə sürəkli məlumatlar verir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə zərurət yarananda avtobus marşrutlarında yoxlamalar aparır. Məsələn, bir qədər əvvəl 24, 31, 50, 67, 72, 109 və 166 saylı avtobuslarda gedişhaqlarının özbaşına artırılması faktları aşkarlanıb. Bu marşrutlarda sərnişinlərdən 5-10 qəpik artıq alınırdı. Əfsuslar olsun ki, sürücülərin belə özbaşınalıqları indi də davam edir. Məsələn, 214, 215, 189, 191,160, 106, 113 saylı marşrutlarda sərnişinlərdən nəzərdə tutulmuş 20 və 25 qəpik əvəzinə 30 qəpik alınması barədə şikayətlər var. Olayı araşdırdıq. Bəlli oldu ki, 189, 214, 215 saylı marşurtlarda gerçəkdən də sərnişinlərdən 30 qəpik alınır. 191, 160, 106 və 113 saylı marşrutlarda isə qanun pozuntularını aşkarlamadıq. İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev əməkdaşımıza dedi: "Şəhərdaxili sərnişin daşımalarının tariflərini yalnız Tarif Şurası müəyyənləşdirir. Sürücülərdən kimsə avtobuslarda gedişhaqqını özbaşına artıra bilməz. Belə hallar olarsa, vətəndaşlardan 195 (2) saylı telefona və ya 498-15-01, 498-15-04 nömrələrinə zəng vurmalarını xahiş edirik". ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
09.12.19 22:37 | Yığmamız Minskdə Belarus millisi ilə birgə məşqlərə başladı
09.12.19 22:28 | Azərbaycanlı repçilərə Rusiyada silahlı hücum
09.12.19 22:19 | Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı
09.12.19 22:00 | Məmmədyarov yeni səfiri qəbul etdi
09.12.19 21:46 | Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa götürüldü
09.12.19 20:53 | REAL namizədlərinin sayını açıqladı
09.12.19 20:02 | Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olundu
09.12.19 19:58 | Putin Parisə getdi
09.12.19 19:57 | Səfər Mehdiyev Andrey Strukovla görüşdü
09.12.19 19:55 | Ərdoğan Makronu ittiham etdi
09.12.19 19:50 | Azərbaycanlı müğənni koreyalı modellə evləndi
09.12.19 19:32 | Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirdi
09.12.19 19:10 | Deputat illər əvvəl soyuğa tərk edilmiş qızı övladlığa götürüb
09.12.19 18:32 | Rusiyada narkotik alverçisi olan azərbaycanlı istintaqdan qaçaraq, hərbi xidmətdə gizlənib
09.12.19 18:00 | İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi
09.12.19 17:44 | İşgəncəyə məruz qalan uşaqların nənəsi danışdı
09.12.19 17:27 | Prezident Əlişir Musayevi təltif etdi
09.12.19 17:13 | Zakir Qaralov azyaşlıların işgəncələrə məruz qalması ilə bağlı məsələni xüsusi nəzarətə götürdü
09.12.19 16:52 | Naxçıvan Ali Məclisi də buraxıldı
09.12.19 16:39 | Müşahidə Şurasının yeni tərkibi ilə bağlı sərəncam
09.12.19 16:17 | Erkin Qədirli seçkiyə gedir
09.12.19 16:14 | İlham Əliyev Dövlət Agentliyinə 7,8 milyon manat ayırdı
|