» » Gənc yaşlarda hicab taxmaq düzgün deyil-

Gənc yaşlarda hicab taxmaq düzgün deyil- Nazpəri

Bölmə: BLOK XƏBƏR
 Gənc yaşlarda hicab taxmaq düzgün deyil-
Xalq artisti Nazpəri Dostəliyeva hicabdan danışıb. ans press-in məlumatına görə, “İncə maraqlar”ın qonağı olan sənətçi hicabla bağlı maraqlı fikirlər səsləndirib. Xanım sənətçi bildirib ki, qadına məcburi hicab bağlatdırmaq düzgün deyil. Bu qadının daxilindən gəlməlidir.

“Düzdür hicab xanımlıq rəmzidir. Qapalı olan şey daha maraqlıdır. İnsan yaşa dolanda din yoluna qayıtmaq, vaxtı-vaxtında namazını qılmaq, dualarını etmək, hicab bağlamaq istəyir. Mən yenə deyirəm hicabın əleyhinə deyiləm. Lakin qadınlarımızın gənc yaşlarında hicab taxması məncə düzgün deyil. Çünki onlar da başqaları kimi azad olmaq istəyir, saçlarını açmaq, formaya salmaq və makiyaj etmək istəyir".

N.Dostəliyeva xanımların qapansa, hicab taxsa belə həmişə gözəl, baxımlı olmalı olduğunu deyir. "Hər bir şey, hətta zinyət əşyaları belə yerində olmalıdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler