» » Bir yumruqla arvadını öldürdü-5 körpə sahibsiz qaldı

Bir yumruqla arvadını öldürdü-5 körpə sahibsiz qaldı

Bölmə: BLOK XƏBƏR, MANŞET
Bir yumruqla arvadını öldürdü-5 körpə sahibsiz qaldı
İsmayıllı rayonunda dəhşətli qətl törədilib. Hadisə rayonun Girk kəndində baş verib. Ər 5 uşaq anası olan arvadını bir yumruq zərbəsi ilə öldürüb.


“Qafqazinfo” xəbər verir ki, hadisə barədə APA TV-nin yerli bürosuna İsmayıllı RPŞ-dən məlumat verilib. Qətli törədən ər - heç bir yerdə işləməyən 41 yaşlı Şöhrət Qarayev qonaq getdiyi dostunun evindən sərxoş qayıdıb. Şöhrətin sərxoş olması ailədə söz-söhbətə səbəb olub. Ərlə onun arvadı - 16 gün öncə 5-ci uşağını dünyaya gətirən Vəliyeva Hilalxan Elçin qızı arasında mübahisə yaranıb. Mübahisə zamanı arvadının gülümsəyərək ona qonşu kişini misal çəkməsi sərxoş Şöhrətin xoşuna gəlməyib. O, Hilalxana yaxınlaşaraq, onun başına bir yumruq zərbəsi vurub. Zərbənin gücündən qadın çarpayıya yıxılıb. Komaya düşən Hilalxan Vəliyeva xəstəxanaya çatdırılsa da, ertəsi gün ölüb. İsmayıllı RPŞ-dən bildirib ki, ailə başçılarının heç kimi yoxdur. Bu səbəbdən də onların övladları uşaq evinə veriləcək. Ailənin böyük övladının 11 yaşı var, sonbeşik isə cəmi 16 gün əvvəl doğulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler