» » Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-

Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi- Fotolar

Bölmə: BLOK XƏBƏR
Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-
Ötən gecə Türkiyənin Uşak vilayətində 3 azərbaycanlı tələbənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən sonra mərhumların cənazəsi Azərbaycana yola salınıb.

Xalqinfo.az-ın məlumatına görə bu barədə Azxeber.com-a mərhumunların tələbə yoldaşları məlumat verib.

Vəfat edən 3 gəncin ailələri bu gün Türkiyəyə gələrək onların cənazələrini Bakıya aparıblar. Buna qədər isə, Uşaq Dövlət Universitetində vida mərasimi keçirilib. Mərhumların tabutları Azərbaycan bayrağına sarılaraq universitetin həyətinə gətirilib. Vida mərasimində universitetin rektoru Sait Çelik, Azərbaycanın Ankaradakı Baş Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Uşaq Polis Şöbəsinin rəisi Ogün Toprak, universitet müəllimləri və tələbələr iştirak ediblər.

Vida mərasimində dualar oxunduqdan sonra cənazələr ailələrə təhvil verilib.

Xatırladaq ki, ötən gecə saat 22.20-də Əli Kərimli adlı azərbaycanlının idarə etdiyi 64 LV 846 nömrə nişanlı avtomobil yüksək sürət səbəbindən idarəetmədən çıxıb və əvvəlcə elektrik dirəyini aşırıb, daha sonra qarşı tərəfdən gələn avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobil bir neçə dəfə aşıb. Avtomobildə olan üç tələbədən ikisi - Ülvi Sadıqov və Elvin Bəhmənli hadisə yerində ölüb. Digər tələbə Anar Musayev isə xəstəxanada keçinib. Sürücü Əli Kərimli, sərnişin Mayis Həsənov və digər avtomobilin sürücüsü Adnan Kan, onun həyat yoldaşı və 3 uşağı ağır yaralanıb. Yaralılar dərhal Uşak Dövlət Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-
Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-
Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-
Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-
Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-
Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-
Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-
Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-
Ölən azərbaycanlı tələbələrin cənazələri Bakıya göndərildi-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler