» » Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar

Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET
Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar
Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində məşhur fransız rəssamı Bernar Buffenin fərdi sərgisinin açılış mərasimi olub.


“Qafqazinfo”nun məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.

Leyla Əliyeva çıxışında Buffenin yaradıcılığı ilə iki il bundan əvvəl tanış olduğunu bildirib6

“Mənim üçün onun əsərləri emosiya, hisslər və dərinliklə doludur. Hətta onun ən kədərli və tünd çalarlı əsərləri yenə də müsbət enerji verir və əhval-ruhiyyəni yüksəldir.

Buffe yaradıcılığı boyu 12 mindən çox əsər yaradıb. Çox parlaq, dramatik, maraqlı həyat yaşamasına baxmayaraq, o, demək olar ki, unudulub. Əminəm ki, bugünkü sərgi vasitəsilə xeyli insan bu böyük rəssam haqqında məlumat əldə edə biləcək”.

Rəssamın Bakıdakı ilk fərdi sərgisində 43 əsəri nümayiş olunur. Onların sırasında müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi soyulmuşlar” silsilələrindən rəsmləri, eyni zamanda, avtoportretləri yer alıb.

Sərginin təşkili ərəfəsində Bernar Buffenin əsərlərinin reproduksiyasından ibarət kataloq nəşr olunub.

Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 2015-ci il yanvarın 15-dək davam edəcək.


Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar
Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar
Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar
Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar
Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar
Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar
Leyla Əliyeva Buffenin sərgisinin açılışında-Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler