» » “İki turizm obyekti haqqında hüquq-mühafizə orqanlarına müraciət edilib”

“İki turizm obyekti haqqında hüquq-mühafizə orqanlarına müraciət edilib” Nazir

Bölmə: BLOK XƏBƏR
 “İki turizm obyekti haqqında hüquq-mühafizə orqanlarına müraciət edilib”
“İki turizm obyektinin lisenziyası dayandırılıb, iki müəssisə haqqında hüquq-mühafizə orqanlarına müraciət edilib”.

apa-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, yayda keçirilən monitorinqlər zamanı bəzi turizm obyektlərində müştərilərə səviyyəli xidmət göstərilmədiyi aşkar olunub: “Bir neçə turizm obyektində sanitar-gigiyenik qaydalara riayət edilmirdi, ona görə də biz həmin obyektlərin sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmişik”.

Nazir əlavə edib ki, turizm müəssisələrində növbəti monitorinqlər oktyabr-noyabr aylarında keçiriləcək: “Biz turizmin inkişafı üçün bu sahədə fəaliyyət göstərən təşkilatlara kömək etmək istəyirik, onlara məsləhətlər veririk. Amma bəziləri bizim tövsiyələrimizi ciddi qəbul etmirlər. Ona görə də etiraf etməliyik ki, hər yerdə bizim istədiyimiz vəziyyət yoxdur. Hansı müəssisələr insanlara qaydalara uyğun xidmət etməyəcəklərsə, bizim onlarla mübarizəmiz davam edəcək ki, hər yerdə yüksək səviyyəli xidmətə nail olaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler