» » Məmurlar maşınların dəyişməli oldular -qara “Mercedes”dən ağa keçdilər

Məmurlar maşınların dəyişməli oldular -qara “Mercedes”dən ağa keçdilər

Bölmə: BLOK XƏBƏR, MANŞET
Məmurlar maşınların dəyişməli oldular -qara “Mercedes”dən ağa keçdilər
Məmurlar da maşınların dəyişməli oldular

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun göstərişinə əsasən bu ölkənin məmurları qara “Mercedes-Benz Е 300” markalı avtomobillərdən ağ rəngli “Mercedes”-lərə keçməli olacaqlar. Bu barədə “РИА Новости” agentliyi xəbər yayıb.


Artıq prezidentin göstərişinin icrasına başlanılıb. Belə ki, ölkəyə 160 ağ “Mercedes” gətirilib. Yüksək məqamlı məmurların bir çoxu maşınlarını yeniləsə də, prosesin başa çatması üçün əlavə avtomobillərə ehtiyac var. Gələcəkdə ağ “Mercedes” alanlar arasında media nümayəndələri də olacaq. Qəzet redaktorları, TV və radio rəhbərləri də bu sırada yer alıblar.


Agentlik bildirir ki, xidməti avtomobillərin rənginin dəyişməsi ideyası Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova məxsusdur. Belə ki, prezident son vaxtlar ağ avtomobildən istifadə edir. Müvafiq olaraq onu müşayiət edən avtomobillərin də rəngi dəyişib.

Ancaq bu axmaq rəng dəyişmənin səbəbi barədə heç bir məlumat verilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler