» » Jirinovski artıq Bakıdadır

Jirinovski artıq Bakıdadır

Bölmə: BLOK XƏBƏR
Jirinovski artıq Bakıdadır
Rusiya Liberal-Demokrat Partiyasinin sədri Vladimir Jirinovski artıq Bakıdadır.

Diplomatik mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, LDPR liderinin uçduğu təyyarə saat 15:00 radələrində Bakı aeroportuna enib.

Hazırda Bakıda olan Rusiya Liberal-Demokrat Partiyasinin sədri Vladimir Jirinovskinin Azərbaycana səfəri zamanı keçirəcəyi görüşlər, baş çəkəcəyi məkanlar, bir sözlə, onun səfər proqramı ilə bağlı bəzi detallar bəlli olub.

V.Jirinovski Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək. Faktı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da təsdiqləyib.

Bundan başqa, Jirinovski Dövlət Bayraq Meydanına gedəcək, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanına, habelə rusdilli məktəblərə baş çəkəcək. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, LDPR lideri Bakıda mətbuat konfransı da keçirəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler