» » Azərbaycanlı xanım İsveç parlamentinə deputat seçildi

Azərbaycanlı xanım İsveç parlamentinə deputat seçildi

Bölmə: BLOK XƏBƏR
Azərbaycanlı xanım İsveç  parlamentinə deputat seçildi
Sentyabrın 14-də İsveçdə keçirilmiş parlament və bələdiyyə seçkilərində ilk dəfə olaraq bir azərbaycanlı uğur qazanıb. Bu barədə Panoram.az-a Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sədri Mahmud Bilgin məlumat verib.

Onun sözlərinə görə, İsveç Sosial Demokrat Partiyasından namizədliyi irəli sürülmüş ölkə vətəndaşı, əslən Güney Azərbaycandan olan 22 yaşlı Aylin Fazilian qələbə qazanaraq əyalət parlamentinin üzvü seçilib.

M.Bilgin deyib ki, A.Fazilian 8 ildir İsveç Sosial Demokrat Partiyasının üzvüdür: “Aylin xanım İsveçdə Partille Kommunun (şəhər bələdiyyəsi) Gənclər Təşkilatının sədri olub. Ötən il isə Göteborq şəhərində İsveç Sosial Demokrat Partiyasının Qadınlar Təşkilatının sədr müavini seçilib. Hazırda partiyanın Qadınlar Təşkilatının sədridir”.

Qeyd edək ki, A.Fazilian həmçinin M.Bilginin qızıdır. /Panoram.az/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler