» » Jurnalistin öldüyü avtomobildən narkotik tapıldı

Jurnalistin öldüyü avtomobildən narkotik tapıldı

Bölmə: BLOK XƏBƏR
Jurnalistin öldüyü avtomobildən narkotik tapıldı
Daxili İşlər Nazirliyi Şamaxıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Xalqinfo.az-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində qeydə alınıb.

Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə Ə. İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölüblər.

Ə. İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gecə saat 00:10 radələrində Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza zamanı 1966-cı il təvəllüdlü Əlövsət Tahir oğlu İsmayılov, onun sərnişinləri - 1981-ci il təvəllüdlü Elçin Rasim oğlu Məmmədov, 1973-cü il təvəllüdlü Elşad Hikmət oğlu Hüseynov və 1986-cı il təvəllüdlü Fuad Şahid oğlu Abdürrəhmanlı qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər.

Qeyd edək ki, Fuad Abdürrəhmanlı “Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler