» » “Azərbaycana təsir göstərmək mümkün deyil”-Əli Əhmədov

“Azərbaycana təsir göstərmək mümkün deyil”-Əli Əhmədov

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Azərbaycana təsir göstərmək mümkün deyil”-Əli Əhmədov
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnaməyə münasibət bildirib. “Media forum” saytın YAP-ın rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, Əli Əhmədov qətnaməni qərəzli və qeyri-obyektiv sənəd adlandırıb: “Avropanın bu nüfuzlu orqanı qurumun bəzi deputatlarının dar məqsədlər güdən təşəbbüsünü dəstəkləmək kimi səhv yol tutub. Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşması, fundamental hüquq və azadlıqların qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Onların böyük bir hissəsi dəfələrlə Azərbaycanda olublar.


Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqlarıdır. Təəssüf ki, onların hüquqlarının qorunması, öz doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmür. 20 ildən yuxarı bir milyona yaxın insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan, mahiyyəti təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsini ədalətsizlik hesab edirəm. Hüquqi anlayışlar heç zaman siyasi anlayışlara, ələlxüsus siyasi konyunkturaya qurban verilməməlidir.

Azərbaycan müxtəlif layihələr üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Lakin bu əməkdaşlıq Avropa Parlamentinə əsassız olaraq Azərbaycana ittihamlar irəli sürməyə mənəvi haqq vermir. Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü həll etmək haqqına sahibdir. Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil”.

Azərbaycanla bağlı qətnamə sentyabrın 18-də qəbul edilib. Sənəddə Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təqiblər pislənib, hökumət insan haqları sahəsində islahatlar aparmağa çağırılıb. Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini insan haqları sahəsində problemləri ləngimədən aradan qaldırmağa, bu sahədə islahatlar aparmağa, vətəndaş cəmiyyəti fəallarının, müxalif siyasətçilərin və müstəqil jurnalistlərin sıxışdırılmasına son qoymağa səsləyiblər.

Qətnamədə Bakıda sərbəst toplaşmağa qoyulan qadağanın aradan qaldırılmasının vacibliyi də vurğulanıb.

Avropa Parlamenti Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin və Həsən Hüseynlinin həbsini pisləyib və onların dərhal, qeyd-şərtsiz azad olunmasını tələb edib.musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler