» » Bakıdakı qətlin təfərrüatları-

Bakıdakı qətlin təfərrüatları- VİDEO

Bölmə: BLOK XƏBƏR
Bakıdakı qətlin təfərrüatları-
Balakən rayon sakini 28 yaşlı Saramanov Abdulla Əmiraslan oğlu, tanışı 32 yaşlı Ramil Məmmədov arasında bir il öncə kafedə mübahisə yaranıb.

ans tv-nin məlumatına görə, A.Saramanovun sözlərinə görə, hadisədən sonra R.Məmmədovla görüşüb söhbət etmək qərarına gəliblər. Telefonla əlaqə zamanı isə Ramil Abdullanın ünvanına nalayiq ifadələr işlədib.

Bu hadisədən bir il sonra tanışından incik qalan Abdulla Ramil yenidən axtarmağa başlayıb. Telefonla Ramili yola gətirən Abdulla ona görüş təyin edib.

Abdulla Saramanov Ramil Məmmədova bıçaqla 5 dəfə xəsarət yetirib. Yaralı çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib.

Abdulla Saramanov isə Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Amma Abdulla əməlinə görə, peşiman olmadığını deyir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

İstintaqın gedişi zamanı qətlin dəqiq baş vermə səbəbləri məlum olacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler