» » Davudoğlu Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət etdi

Davudoğlu Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət etdi

Bölmə: BLOK XƏBƏR
Davudoğlu Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət etdi
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Bakıdakı Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib. Xalqinfo.az-in məlumatına görə, baş nazir bu gün səhər saatlarında Şəhidlər Xiyabanına gəlib. O, şəhidlərimizin məzarların, sonra Türk Şəhidliyini ziyarət edib.

Əhməd Davudoğlu daha sonra Fəxri Xiyabanda oub. O, Ümummilli lider Heydər Əliyevin məzarını da ziyarət edib.

Qeyd edək ki, Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Əhməd Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Bu səfərdə Əhməf Davudoğlunu həyat toldaşı Sare Davudoğlu, baş nazirin müavini Yalçın Akdoğan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, təhsil naziri Nabi Avcı və başqaları müşayiət edir.ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler