» » Vəfa Quluzadə Pentaqon rəsmisi ilə məxfi danışığın detallarından danışdı-

Vəfa Quluzadə Pentaqon rəsmisi ilə məxfi danışığın detallarından danışdı- Açıqlama

Bölmə: BLOK XƏBƏR
Vəfa Quluzadə Pentaqon rəsmisi ilə məxfi danışığın detallarından danışdı-
“Azərbaycan ordusunun səviyyəsini NATO ordusu səviyyəsinə qaldırmaq üzərində iş aparılır...”
“Mən 1995-ci ildə Vaşinqtonda Pentaqonun yüksək vəzifəli generalı ilə görüşdüm. Həmin görüşdə xəritəni göstərərək dedim ki, əgər Abşeronda Amerikanın hərbi bazası olsa, onda Rusiyaya, İrana, Əfqanıstana, Xəzər hövzəsinə, hətta Çinin Qərbinə ən yaxın yolu əldə etmiş olacaq. Soruşdum ki, elə isə siz nə səbəbə bura gəlmək istəmirsiniz?”

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə “Yeni Müsavat”a bu sensasion məlumatı NATO bazalarının Azərbaycanda yerləşdiriləcəyi barədə məlumatı şərh edərkən açıqladı. Qeyd edək ki, Türkiyənin “Todays Zaman” qəzeti NATO-nun Azərbaycanda yeni hərbi bazalar yaratmaq planı barədə məlumat yayıb. (“Azadlıq”) Məlumatda bildirilir ki, Ukrayna və Rusiya arasında gərginliyin artması, həmçinin regiondakı qeyri-stabillik Xəzər dənizinin neft resurslarının, eləcə də çox əhəmiyyətli neft-qaz marşrutlarının təhlükəsizliyini təhdid altında qoyur.

“İndi əsas məsələ odur ki, regiondakı təhlükəsizlik vakuumunu kim dolduracaq. Bir sıra ekspertlər hesab edir ki, Rusiya və Ukrayna arasındakı konflikt NATO-nun Azərbaycanda yeni hərbi bazalarının yaradılması ilə nəticələnə bilər. Amma NATO-nun Cənubi Qafqazda genişlənməsi məsələsində Rusiyanın açıq və birmənalı mövqeyini nəzərə alan bir çox analitiklər buna şübhə edir”, - deyə materialda bildirilir.

Materialda NATO-nun keçmiş baş katibi Xavyer Solananın “Alyans bu regiona qoşun yerləşdirmək barədə düşünmür” deməsi də xatırlanıb. Lakin bölgədəki oyunçular, konkret olaraq, Azərbaycan NATO-nun boru kəmərlərinin təhlükəsizliyində maraqlı olduğunu gizlətmir.

Qeyd edək ki, Rusiya-Ukrayna hadisələrinin gedişində Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi hesab olunur və bu, bir neçə dəfə rəsmən bəyan edilib. Ermənistandan isə müharibə başlayacağı halda neft borularının hədəfə alınacağı barədə hədələr səslənib. Təbii ki, Qərb belə hədələrə laqeyd qala bilməz. Odur ki, son zamanlar intensivləşən Türkiyə-Azərbaycan hərbi əlaqələrinin arxasında həm də NATO-nun iradəsinin dayandığını güman etmək üçün ciddi əsaslar var.

V.Quluzadə şübhə etmir ki, Azərbaycanla Amerikanın hərbi əməkdaşlığı var: “Bunu Rusiya, Çin, İran da bilir. Hamıya açıq-aydındır ki, Azərbaycanın bir çox hava limanları Qərbin böyük yük təyyarələrini qəbul edəcək səviyyədə qurulub. Yəni onlar Qərb tərəfindən tam yeni infrastruktur halına gətirilib. Bu da ona imkan yaradır ki, əgər ABŞ-a Azərbaycanda bir əsgəri baza yaratmaq ehtiyacı olsa, çox qısa müddətdə o əsgəri bazanı quracaqlar. Keçmişdə baza yaradılırdı, orda əsgərlər, zabitlər hərbi şəhərcikdə ailə-uşağı ilə yaşayırdı. Ancaq indi bu məfhum tamam dəyişib. Baza lazım olan müddət üçün yaradılır, sonra da çəkilib gedir. Bu gün Azərbaycan ordusunun səviyyəsini NATO ordusu səviyyəsinə qaldırmaq üzərində iş aparılır. Bu işlər Türkiyə ilə də, Amerika ilə də aparılır”.

Politoloqun sözlərinə görə, NATO bazalarının həm Naxçıvan ərazisində, həm də Azərbaycanın digər ərazilərində yerləşdirilməsi mümkündür: “Mən o vaxt da demişdim ki, Amerikanın İncirlikdəki təyyarələrini Abşerona köçürmək olar. Hava limanlarının hazır olması səbəbindən burda problem yoxdur”.

Bu gün Türkiyə İŞİD-in məhv edilməsi əməliyyatları ilə bağlı ABŞ-ın dəstək müraciətinə müsbət cavab verməyib. Bu, yeni situasiya yarada, İncirlikdəki bazanın Azərbaycana köçürülməsinə səbəb ola bilərmi?

V.Quluzadə: “Mən inanmıram ki, Türkiyə ilə Amerika arasında bu müttəfiqlik yoxa çıxsın. Mümkün deyil. Müttəfiqlik münasibətlərinin olması həm Türkiyə, həm də Amerikanın maraqlarındadır. Amma Türkiyə müstəqil dövlət olduğuna görə öz milli maraqlarından çıxış edir, bu da Amerikanın xoşuna getməyə bilər. Ancaq görək İncirliyin alternativi Azərbaycan ola bilərmi? Rusiya məsələsi həll olunmayana qədər Azərbaycan daim şimaldan təhdid görəcək.

Odur ki, Azərbaycan Amerika təyyarələrinə öz ərazisindən uçmağa imkan verməyəcək”. Bəzi ekspertlər bu qənaətdədir ki, NATO-nun Azərbaycanda mövcudluğu Rusiya təhlükəsindən xilas yoludur. Bu mənada Baltikyanı ölkələrin NATO-nun bir hissəsinə çevrilməsindən sonra Kremlin təhdidlərindən xilas olduqları nümunəsi gətirilir. Ancaq V.Quluzadə deyir Azərbaycan o zaman bu istiqamətdə addım ata bilər ki, Rusiya təhlükəsi gəlib onu qabaqlamasın. Reallıq budur ki, Rusiya üçüncü dünya müharibəsini - soyuq müharibəni uduzub. Hazırda dördüncü dünya müharibəsi gedir, onun da nəticəsi olacaq".musanat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler