» » Bakıda massaj salonlarından reportaj/

Bakıda massaj salonlarından reportaj/ intim obyektlər-Video

Bölmə: BLOK XƏBƏR
Bakıda massaj salonlarından reportaj/
Paytaxtın bir çox yerlərində onlara rast gəlmək mümkündür. Təkcə küçələr deyil, eləcə də sosial şəbəkələr və internetdə də dırnaqarası hər növ massaj ustalarının elanlarını görmək olar. Yalnız kişilərə xidmət göstərən qadın massajçılar massajın hansı növünü onlara tədbiq edir deyə bilmərəm. Amma hər halda massaj salonları haqqında şəhər sakinlərinin fikirləri də müsbət deyil.

Bakıda massaj salonlarından birinin nümayəndəsi ikibaşlı fəaliyyət göstərdiklərini təsdiqləyib. Həm intim, həm də sadəcə ad olsun deyə massaj yazdıqlarını bildirib. Bu ad altında fəaliyyət göstərən belə salonlar isə heç də az deyil.

Masaj salonlarından birinin qapının qarşısında məni qarşılayan 55-60 yaşlarında bu xanım içəridən kiməsə səslənir. Sonradan aydın olur ki, sən demə massaj salonunu və orada dırnaqarası massaj edənləri fırladan bu xanım imiş.

Qarşılaşdığım mənzərə isə sadəcə dəhşət idi. Gecə saat 10-dan səhər saat 5-ə qədər kişilərə müəyyən massajlar edən xanımlar yorulub əldən düşüb. Elə salondaca yuxuya gediblər. Qalanları isə min cəhdlə hələ də canının sulu olduğuna müştərini inandırmağa çalışır.

Növbəti üz tutduğumuz məkanda massaj salonu adı altında fəaliyyət göstərir. Amma burada da məqsəd başqadır. Massaj otağında yaşı 22-dən tutmuş, 35-ə qədər olan xanımlar saatı 30-manatdan başlayan qiymətlərlə massajdan başqa nə işlə desən məşğuldurlar.

Ən dəhşətlisi isə odur ki, bu salonlarda xidmət göstərənlərin onların diliylə desək, “massajistkaların” heç birinin nə bu sahə üzrə təhsili nə də onlarda hər hansisa bir xətstəliyin olub olmamasi barədə tibbi arayışları yoxdur. Bu isə istənilən xəstəliyin çox asanlıqla şaxələnməsinə səbəb ola bilər. Bu bir jurnalist kimi apardığım bir neçə saatlıq araşdırmanın nəticəsi idi. Massaj adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən 3 salonu aşkara çıxardım. Hər halda aidiyyatı qurumlar bunu gördü və yaxın zamanlarda bu salonlar haqqında bir tədbir görülər.ans press


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler